“Qara siyahı” da 649 şəxsin adı var” Siyasət

“Qara siyahı” da 649 şəxsin adı var”

Qənirə Paşayeva: "Həmin şəxslərin çoxu Minsk qrupuna aid olan ölkə vətəndaşlarıdır"


"Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı "Qara siyahı"sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır". Bunu Milli Məclisin plenar iclasında deputat Qənirə Paşayeva deyib. Deputat bildirib ki, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir: "Azərbaycan XİN-in siyahısında yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşlarıdır. Bu, narahatedici məqamdır. Biz bununla bağlı həmin ölkələrin səfirlərinə müraciət edir və onların təbliğatına böyük ehtiyac olduğunu bildiririk. Çox təəssüf ki, Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altında torplaqlarımıza icazəsiz səfər edirlər. Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük. Son 5 ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, işğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir".
Q.Paşayeva Türkiyə vətəndaşlarının da qanunsuz Xankəndinə səfər etməsi məsələsinə toxunub: "Türkiyə vətəndaşlarının son addımı daha xoşagəlməzdir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq".