Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsullarını qəbul edib Siyasət

Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsullarını qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqeri qəbul edib. Nazirlikdən verilən məlumata görə, nazir onları fəxri konsul qismində fəaliyyətə başlamaları münasibətilə təbrik edib və Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verib.
Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.
H.Mantsenrayter və A.Köniqsberqeri fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.