"Dünya yeni düzənə daxil olub" Siyasət

"Dünya yeni düzənə daxil olub"

Yeni dünya düzəni formalaşması anlayışının dövlətlərin yarımçıq qalmış ambisiyalarını yenidən həyata keçirmək istəyindən başqa bir şey olmadığı görünür. Bu düzən dünyada yeni siyasi konfiqurasiya və ya iqtisadi model olacağı anlamınamı gəlir, yoxsa mövcud sistemin əl dəyişdirəcəyimi anlamına?

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, dünya yeni düzənə daxil olub. Öncəki düzən yıxılıb. Bu düzənlərin mahiyyətinin başa düşülməsi maraq doğurur. Yeni dünya düzəninə kimi yaşadığımız dövr barədə aşağı-yuxarı hər kəsdə ümumi məlumat var. Bu dövr nəzəri olaraq beynəlxalq hüququn, insan haqlarının, dövlətlərin ərazi bütövlüyünün, bütün dünya dövlətlərinin bir təşkilat - BMT təşkilatı adı altında cəm olduğu və buna uyğun beynəlxalq təşkilatların vasitəsi ilə dünyanın idarə olunması idi.

Amma imperialist maraqların həmişə mövcud olduğu bir dövr idi. İndiki dövrün isə bu imperialist maraqların açıq şəkildə özünü biruzə verdiyi dövr olacağı görünür. Dünya birliyinin öz gücünü gözləntisi olan əvvəlkindən daha yaxşı dövrün imperialist maraqlara qurban verilməsinin qarşısını almağa yönələcəyini ümid etmək olar.

Cavid