ATƏT-in baş katibi Lavrovla Qarabağı müzakirə edəcək Siyasət

ATƏT-in baş katibi Lavrovla Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminger ilə Moskvada keçirəcəyi görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə məlumat verib.
"Noyabrın 3-də Rusiyanın xarici işlər naziri ilə bu ilin iyul ayında vəzifəyə gələndən bəri ilk dəfə Moskvada səfərdə olacaq ATƏT-in baş katibi arasında görüş nəzərdə tutulub. Danışıqlarda toxunulacaq mövzular arasında ATƏT-in Ukraynanın şərqindəki, Dnestryanı, Dağlıq Qarabağdakı münaqişələrinin həllinə, eləcə də Cənubi Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində və təşkilatın Balkan yarımadasındakı fəaliyyətinə töhfə verməsi məsələsi önəmli yer tutacaq", -deyə Mariya Zaxarova bildirib.