Avropa İttifaqı münaqişələrdən narahatdır” Siyasət

Avropa İttifaqı münaqişələrdən narahatdır”

Avropa İttifaqı (Aİ) "Sərq Tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır.
Bu barədə Aİ rəsmisi bəyan edib.
O bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq Tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq".
Aİ rəsmisi Azərbaycanla münasibətlərə dair qeyd edib ki, ötən sammitdən bu yana Azərbaycanla münasibətlərdə irəliləyişlər əldə olunub.
"Biz hazırda hərtərəfli yeni saziş üzrə danışıqlar aparırıq. Bu saziş daha əvvəl mövcud olan Tərəfdaşlıq və Əməkdaşlıq sazişi əsasında inkişaf etdiriləcək. Ümid edirik ki, bu danışıqlar tezliklə yekunlaşacaq. Biz həmçinin Azərbaycanla Aviasiya sazişinin paraflamağı planlaşdırıq", - deyə o qeyd edib.
Diplomat Azərbaycanın Aİ üçün vacib enerji təminatçısı olduğunu da bildirib: "Enerji effektivliyi vacib məsələdir və "Şərq Tərəfdaşlığı" sammitinin vacib hissələrindən biridir".