“Ermənistana hərbi yardımı əsasən Rusiya edir” Siyasət

“Ermənistana hərbi yardımı əsasən Rusiya edir”

"BMT tərəfindən rəsmən Azərbaycanın ərazilərinin işğal faktoru qeyd olunub və işğalçı ordunun işğal olunmuş ərazilərdən çıxarılması üçün qeyd-şərtsiz qətnamələri var". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Ermənistana hərbi yardımı əsasən Rusiya edir və bəllidir ki, Ermənistanın maliyyə imkanları digər ölkələrdən silah almasına imkan vermir. Burada Çin və Hindistan Ermənistanla hərbi əməkdaşlıq etsə də, bu, böyük miqyasda deyil. Amma, Çin və Hindistana bu barədə xəbərdarlıq edilməli və sanksiya tətbiq olunmalıdır". Politoloq hesab edir ki, belə bir qanunun qəbul edilməsi, siyasi olaraq Azərbaycana vacibdir: "Azərbaycan Rusiyanın hərbi-sənaye kompleksinə sanksiyalar tətbiq etməli və bu ölkədən silah tədarükünə son qoymalıdır. Çünki, Rusiyanın bir başa hərbi-texniki dəstəyi ilə Ermənistan işğalı davam etdirir".