“Rusiya olmadan Ermənistan Qarabağı əlində saxlaya bilməz” Siyasət

“Rusiya olmadan Ermənistan Qarabağı əlində saxlaya bilməz”

"Bu günə qədər Rusiya və ABŞ Ermənistanda hakimiyyət uğrunda mübarizəni çox təmkinlə izləyirdi. Konstitusiyaya dəyişikliklər edib, ölkəni parlament respublikasına çevirən və bunula da hakmiyyəti əlində saxlmağa çalışan Serj Sarkisyanın istefasını rəsmi Moskva sakit qarşıladı".
Bu barədə Almaniyanın "Handelsblatt" nəşrində dərc edilən məqalədə qeyd olunub.
Bildirilib ki, Sarkisyan ikili siyasət aparırdı: "Sarkisyan prezident olduğu dövrdə ikili siyasət yürüdürdü. Belə ki, Ermənistan Rusiyanın hakim mövqe tutduğu Avrasiya iqtisadi birliyinə daxil oldu. Digər tərəfdən, ölkə paralel olaraq Brüssel ilə əməkdaşlıq haqqında danışıqlar aparırdı".
Məqalədə, həmçinin vurğulanıb ki, Ermənistanın Qərbə üz tutması ölkəyə baha başa gələ bilər: "Rusiya televiziyası daim vurğulayır ki, Ermənistanda "məxməri inqilab" daxili səbəblərdən baş verir. Rusiyanın köməyi olmadan Ermənistan Dağlıq Qarabağı əlində saxlaya bilməz. Ermənistanın yeni rəhbərliyinin Qərbə çox güclü meyl etməsi Ermənistan üçün qaçılmaz nəticələrə gətirib çıxara bilər. Xüsusən də Gürcüstan, Moldova və Ukraynanın faktiki olaraq öz ərazilərinin bir hissəsi üzərində nəzarəti itirməsi ermənilərin gözünün qarşısında olmalıdır".