“İlham Əliyevin Fransaya səfəri iki münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir” Siyasət

“İlham Əliyevin Fransaya səfəri iki münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir”

Azər Badamov: "Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz partnyora çevirilir"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb. Səfər Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutub.
Millət vəkili Azər Badamov qeyd edib ki, İlham Əliyevin Fransaya prezdent Makronun dəvəti ilə növbəti səfəri Azərbaycan-Fransa arasındakı münasibətlərinin çox yüksək səviyyədə olduğunun göstəricisidir: "Azərbaycan Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət, təhsil və sairə sahələri üzrə yüksək səviyyədə inkişaf edir. "Bakıda fransız liseyinin və Fransa- Azərbaycan Universitetinin açılması iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırıb. Bir neçə gün əvvəl İtaliya prezdentinin Bakıya səfəri, dünən axşam isə cənab prezdentin Fransaya səfəri, ümumilikdə Avropa İttifaqının ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin genişlənməsi Azərbaycanı Avropa ittifaqına daha da yaxılaşdırır. Həmçinin, Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz partnyora çevirir. Bunlar bir sözlə, Azərbaycanın dünyada ən etibarlı tərəfdaş olmasının, ən güvənli müttəfiq kimi qəbul edilməsinin göstəricisidir".
Millət vəkili Eldəniz Səlimov dövlət başçısının uğurlu və parlaq Brüssel səfərindən sonra Avropanın və dünyanın supergüclərindən sayılan iki ölkəsinin rəhbərləri ilə görüşünü tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Azərbaycan prezidentinin son dərəcədə müdrik və balanslaşdırılmış siyasəti, xarici siyasi kursu nəticəsində diplomatik cəbhədə də gündən-günə uğurlar əldə edir, uğurlarının üzərinə hər gün yenilərini əlavə edir: "Bir neçə gün əvvəl prezidentin çox uğurlu və tarixə qızıl hərflərlə düşəcək Brüssel səfəri baş verdi. İlham Əliyev həmin səfəri, orada əldə etdiyi uğurları ilə həm daxili, həm də xarci antiazərbaycan qüvvələrinə daha bir ölümcül zərbəsini vurdu, hər kəsə yerini tanıtdı və həddini bildirdi. Açıq şəkildə nümayiş etdirdi ki, güclü, qüdrətli, stabil Azərbaycan və onun əsl lideri var. Heç kim və heç nə ona mane ola, Azərbaycanı öz müstəqillik və inkişaf relsindən bir daha çıxara bilməz. Bu səfərin, necə deyərlər, mürəkkəbi qurumamış, Azərbaycan prezidenti İtaliyanın dövlət rəhbərini qəbul etdi, onunla yüksək səviyyəli görüşlər keçirdi, faydalı və səmərəli müzakirələr apardı, hər iki ölkə üçün mühüm sənədlərə imza atıldı, Sumqayıtda tikilib istifadəyə verilən nəhəng zavodun birgə açılışı reallaşdırıldı. Ən əsası, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ATƏT-ə sədrlik edən İtaliyanın bir daha bu məsələdə qəti və ədalətli mövqeyinin nümayişinə nail olundu. Yəni, bu, onu göstərir və deməyə əsas verir ki, Qarabağ münaqişəsinin həllində böyük irəliləyişlərin əldə edilməsi uzaqda deyil. Azərbaycan öz diplomatik uğurları ilə bu münaqişəni öz xeyirinə və ədalətli şəkildə həll etməyə çox yaxındır. Dünən isə ölkə prezidentinin ATƏT-in həmsədr ölkələrindən olan Fransaya rəsmi və işgüzar səfəri başlandı. Çox qısa zaman kəsiyində də ölkə başçısının son dərəcədə mühüm və əhəmiyyətli görüşləri oldu. Qeyd edək ki, Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllində Fransanın da üzərinə böyük məsuliyyət payı düşür. Onlar da ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ilə məşğul olan digər iki həmsədr dövləti -Rusiya və ABŞ qədər bu münaqişənin həllinə birbaşa cavabdehlik daşıyırlar. Çünki illərdir bu 3 ölkə vasitəçilik missiyasını üzrərinə götürüb və demək olar ki, başqa dövlətləri də bu missiyaya yaxın buraxmırlar. Odur ki, Fransa da daxil olmaqla bu 3 dövlətdən Qarabağ münaqişəsinin ədalətli həllini gözləmək və tələb etmək bizim haqqımızdır. Artıq bu dövlətlər öz maraqlarını bir kənara qoyub, Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət töhfələrini verməlidirlər, buna borcludurlar. Bu baxımdan hesab edirəm ki, ölkə prezidentinin Fransaya səfəri gedişatında bu məsələyə də bir daha toxunulacaq və nəhayət, Fransanın bu posesdə ədalətli mövqe sərgiləməsinə nail olunacaq".