“Sanksiyalar öz təsirini göstərməyə başlayır” Siyasət

“Sanksiyalar öz təsirini göstərməyə başlayır”

İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, noyabrın 6-da jurnalistlərə açıqlamasında Amerikanın tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına təsirindən danışıb.
Cahangiri bildirib ki, o, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların guya təsirsiz olması barədə millətə yalan danışa bilməz: "Mən yalan danışa bilmərəm. Sanksiyalar öz təsirini göstərməyə başlayır. Lakin bir şey var ki, biz bu təsiri minimuma endirməyə çalışmalıyıq. Hesab edirəm ki, hökumət bu həyati məsələdə millətlə sədaqətli olmalı, onunla səmimi şəkildə hər şeyi danışmalıdır.
Lakin bütün bunlara baxmayaraq, məsələnin digər tərəfidə odur ki, hökumət, cəmiyyətin nigaranlığına səbəb olan hər şeyi millətlə bir araya qoymamalıdır. Düşünürəm ki, hökumət nigaranlığa səbəb olan bu məsələlərin bir hissəsini sistemin öz içində saxlamalı, onları aradan qaldırmaq üçün münasib tədbirlər görməlidir."
Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.