Mikaelyanın Qarabağ bəyənatı böyük qalmaqal yaradıb Siyasət

Mikaelyanın Qarabağ bəyənatı böyük qalmaqal yaradıb

"Əgər müharibədə qalib gəlməsəydik, bu mübarizəyə zərurət olmazdı. Sizin, erməni xalqının, respublikamızda əldə etdiyi qələbə, Qarabağ uğrunda döyüşlərdən daha əhəmiyyətlidir".
"Mənim Adımım" ittifaqının deputatlığa namizədi, keçmiş erməni döyüşçü Sasun Mikaelyan tərəfindən səsləndirilən bu sözlər Ermənistanda böyük tənqidlərə və müzakirələrə səbəb olub.
Daşnaksütunun ali orqanının könüllü döyüşçülər komissiya heyətinin məsul şəxsi, əlahiddə atıcı Şuşa taborunun Daşnaksütun qərargahının rəisi, Gümrü dəstəsinin komandiri, ehtiyatda olan polkovnik Artaşes Mxitaryan sözügedən bəyanata sərt reaksiya verib.
O qeyd edib ki, Mikaelyanın Qarabağ müharibəsində iştirak etməklə belə açıqlama verməsi, onu göstərir ki, o, müharibədə dərk edərək yox, ruh yüksəkliyi təsiri altına düşərək iştirak edib: "Sasun Mikaelyan bilərəkdən, Qarabağ müharibəsinin nailiyyətlərini təhrif edərək belə bir açıqlama verib. Yeni hakimiyyətin bəzi nümayəndələri tərəfindən belə təhriflərə tez-tez yol verilir".
Aparan dəstəsinin komandiri olmuş Razmik Petrosyan da Mikaelyanın açıqlamasını tənqid edənlərdən biridir. O, "Araçin Lratvakan" saytına verdiyi müsahibədə Ermənistanda seçkiqabağı təbliğat kompaniyasında çıxışı zamanı Mikaelyanın çıxışını şərh edərkən qeyd edib ki, Qarabağ müharibəsi və onun nəticələrini heç bir şeylə müqayisə etmək olmaz.
Keçmiş erməni döyüşçü bildirib ki, seçkidə Nikol Paşinyanın da təmsil olunduğu "Mənim Adımım" ittifaqına dəstək verməyəcək.
İşğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi birləşməsinin təmsilçisi Senor Hasratyan isə öz "Facebook" səhifəsində Sasun Mikaelyanın seçki kompaniyasında səsləndirdiyi fikirlərə münasibət bildirib.
O qeyd edib ki, insanın danışmaq istəyi varkən, deməyə sözü olmayanda, dedikləri birmənalı qəbul olunmur: "Buna sübut, Sasun Mikaelyan tərəfindən milli hadisələrin birinin digəri ilə yenilənməsi və ya tabe etdirilməsi cədləridir".
O, Qarabağ məsələsində belə vərdişlərdən uzaq durmağı məsləhət görüb.
Erməni general-mayor Vitali Balasanyan da Mikaelyan tərəfindən səsləndirilən açıqlamaya münasibət bildirib. O, Ermənistanda baş verənlərə təəssüf ki, səssiz qalmağın mümkün olmadığını deyib.
Balasanyan, Ermənistan parlamentinə keçiriləcək növbədənkənar seçkilərdə bu mövzudan istifadə edilməsi, hər hansı partiyanın maraqlarına görə təhrif edilməsi və ucuz tutulmasının yolverilməz olduğunu bildirib: "Belə şəxslərin bəyanatları bu kimi insanların dövlət quruculuğu proseslərində iştirakını şübhə altına alır. Bu cür bəyanatların ali baş komandanın iştirakı ilə verilməsi çox təəssüfedici haldır".
Göründüyü kimi, Sasun Mikaelyanın açıqlamalarına istər Ermənistandakı, istərsə də işğal altında olan Qarabağdakı erməni hərbçilər kəskin açıqlama verərək, səsləndirilən bəyənatın arxasında Paşinyanın olduğunun fərqinə varırlar. Seçkiqabağı baş verən bu kimi hadisələr isə Paşinyanın üstünlüyünü sual altında qoyur.