Lavrov Milanda Dağlıq Qarabağdan danışacaq Siyasət

Lavrov Milanda Dağlıq Qarabağdan danışacaq

"Rusiyanın xarici işlər naziri dekabrın 6-7-i Milanda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində ikitərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparacaq".
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında mətbuat konfransında deyib.
O bildirib: "Nazirin çıxışı ATƏT gündəliyi ilə bağlı bütün məsələləri, xüsusilə də Rusiyanın birbaşa iştirak etdiyi məsələləri əhatə edəcək. İkitərəfli görüşlər də olacaq və bu görüşlər zamanı bu problem daha predmetli şəkildə müzakirə olunacaq. Orada əlbəttə ki, konkret addımlar və ya konkret təkliflər müəyyənləşdiriləcək".
Zaxarova, eyni zamanda deyib:"Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Sahakyanın Moskvaya səfəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın vasitəçilik missiyasına zidd deyil. Bu səfər özəl tədbirdən başqa cür dəyərləndirilə bilməz. Onun statusu göz qabağındadır. Həmin səfər nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan tərəfinin bu yaxınlardakı bəyanatında Rusiya tərəfinə qarşı irəli sürülən iradları bizim fikrimizcə, əsassızdır".
Xatırladaq ki, Azərbaycan XİN Bako Saakyanın Moskvaya səfərini Rusiyanın vasitəçilik öhdəliklərinə zidd olan addım kimi qiymətləndirmişdi.