“Azərbaycan hesabatları vaxtlı-vaxtında dərc edir“ Siyasət

“Azərbaycan hesabatları vaxtlı-vaxtında dərc edir“

"Azərbaycan hər zaman hesabatları vaxtlı-vaxtında dərc edir".
Bu sözləri AŞPA-nın Demokratik İnstitutlara dair Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak AŞPA-nın qış sessiyasında "CPT-nin tövsiyələrinə riayət edilməsinin yaxşılaşdırılması: Parlament Assambleyasının və Milli parlamentlərin rolunun gücləndirilməsi" üzrə qətnamənin müzakirəsi zamanı bildirib.
Həmməruzəçi qeyd edib ki, işgəncələrin qarşısının alınması və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza üzrə Avropa Komitəsinin Azərbaycan ilə bağlı hesabatları vaxtlı-vaxtında Azərbaycanda dərc edilib. Bu da demokratiyanın inkişafının göstəricisidir.
Müzakirələr zamanı bildirilib ki, bu hesabatlar Avropa Şurasına üzv ölkələrin yalnız 7-də dərc edilir.