“Gücümüz birlikdə olmalıdır” Siyasət

“Gücümüz birlikdə olmalıdır”

Avropada azərbaycanlıların birləşməsi və həmrəyliyi üçün bir quruma ehtiyacı var. Avropadakı azərbaycanalılar arasında birlik olarsa, bir o qədər effektli iş ortaya qoya bilərik. Gücümüz birlikdə olmalıdır, bərabər olmalıyıq.
Bunu “Xalq Cəbhəsi”nə Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimov bildirib.
Diaspora sədri bildirib ki, Azərbaycanı Avropa cəmiyyətinə yaxından tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, ermənilərin işğalçılıq siyasətini ifşa etmək üçün fəaliyyətimizi gücləndirməliyik: “Bu yaxınlarda Diaspora komitəsinin sədri Fuad Muradovun və Azərbaycanın İspaniya Kralliğındakı səfiri Anar Məhərrəmovun iştirakı ilə İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı. Təklif edərdim ki, Fuad Muradovun iştirakı ilə Avropanın hansısa şəhərində Avropada yaşayan diaspor fəalları, rəhbərləri bir araya gəlməli və Avropa Azərbaycanlıları Koordinasiya Şurası yaradılmalıdır”.
Diaspora sədri onu da qeyd edib ki, idealar, təşəbbüsləri çoxdur, onların hamısıs da milli maraqlarımıza hrsablanıb: “Hər ir azərbaycanlının borcu vətəninə, dövlətinə vəmillətinə xidmət etməkdir, harada yaşamağımızdan asılı olmayaraq. İspaniyada “Qarabağ” idman klubunu yaratmaq, ispan dilində mediamızı açmaq, Qarabağ mövzusunda sərgilərimizi təşkil etmək, Azərbaycan dilində məktəblərimizin açılması üzərində işləyirik. Ümid edirəm ki, bu layihələrin həyata keçməsində Azərbaycan dövləti ilə yanaşı, bizim xeyriyyəçilərimiz də dəstəyini əsirgəməyəcək”.