“Şeyxülislam Azərbaycanın maraqlarını hər zaman üstün tutub” Siyasət

“Şeyxülislam Azərbaycanın maraqlarını hər zaman üstün tutub”

Qüdrət Həsənquliyev: "Onun Qafqaz xalqları arasında və bütün islam aləmində yüksək nufuza malik olması ilk növbədə bizim uğurumuzdur"

Rəsul Mirhəşimli: "Bayramın bir gün tez və ya gec qeyd edilməsi əsas şərt deyil"

Son zamanlar bəzi dairələr Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bağlı böhtan xarakterli məlumatlar yayır, onu İranla işbirliyində ittiham edirlər. Məsələ ilə bağlı Baymedia-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bu ittihamların tamamilə əsassız olduğunu bildirib. BAXCP sədri Şeyxülislamın Azərbaycanın milli və dövlət maraqlarını hər zaman üstün tutan, məzhəblər və konfessiyalar arasında uğurlu balans yarada bilən, xurafatdan uzaq və tolerant bir din xadimi olduğunu vurğuladı: "Allahşükür Paşazadə kimi bir din xadiminin Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməsi, onun Qafqaz xalqları arasında və bütün islam aləmində yüksək nufuza malik olması ilk növbədə bizim uğurumuzdur. Bu baxımdan, hər birimiz onun nüfuzunun daha da yüksəldilməsində maraqlı olmalı və bu işə öz töhfəmizi verməliyik". Qüdrət Həsənquliyev Şeyxülislamın fəaliyyətini yüksək qiymətləndirdiyini, bu fəaliyyətin ölkəmizdə və bütün Qafqazda tolerant dini münasibətlərin qorunub saxlanılmasındamühüm rol oynadığını qeyd edib və Şeyxə qarşı hücumları qətiyyətlə pislədiyini bildirib.
Siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, şeyx bayramın 29-unda keçirilməsi ilə bağlı fətvasına görə də tənqidlərə məruz qalıb: "Amma bu məsələni yalnız İran-Azərbaycan münasibətləri prizmasından şərh etmək düzgün olmazdı".
İlahiyyatçı Rəsul Mirhəşimli bildirdi ki, əslində, bayram vaxtı iləbağlı ixtilaflar hər il müşahidə olunur: "Məncə, bu dini ixtilafı dərin bir problem kimi təqdim etməyə də ehtiyac yoxdu. Bəzi din alimləri bayramın yeni Ayın çıxması, başqa bir qrupu isə onun həmin ölkənin üfüqündə görünməsi ilə bağlı qeyd olunmasını irəli sürür. Hesab edirəm, bayramın bir gün tez və ya gec qeyd edilməsi əsas şərt deyil, müsəlman üçün Ramazan ayının orucunu necə keçirməsi, bu aydan təqvalı çıxması, nəfsinə nə dərəcədə qalib gəlməsi ilə bağlı özünə hesabat verməsi olmalıdır".

Əli