27 İyul 14:20
27 İyul 14:16
9 İyul 2019 15:24
2 562
Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib. Plenar iclasın gündəliyinə dəyişiklik edilib. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, gündəliyə 38 məsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: “Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlara, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.
İclasda “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb.
Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.
Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.
Spiker Oqtay Əsədov deyib ki, təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır. Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır”. O.Əsədov bildirib ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər: “Təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər”.
Ümumilikdə 35 məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Gündəlikdə olan məsələlər əsasən II və III oxunuş olub.
Qeyd edək ki, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclası iyulun 12-də keçiriləcək.
27 İyul 17:57
791
27 İyul 16:48
868
27 İyul 16:23
854