Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
23 Sentyabr 2019 11:52
2 457
Müdafiə Nazirliyi Azərbaycan tərəfindən cəbhə xəttində təxribat törətməsi barədə erməni KİV-lərində yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən sorğusuna cavab olaraq bildiriblər ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
16 May 14:33
1 568
16 May 10:37
1 414
16 May 10:33
1 484