İranın Ermənistana olan xüsusi münasibətinin səbəbləri... Siyasət

İranın Ermənistana olan xüsusi münasibətinin səbəbləri...

"İranın Ermənistana olan xüsusi münasibəti ABŞ tərəfindən istifadə edilir. Bəzi İran rəsmiləri də məhz bu parametrə görə Ermənistana xüsusi münasibət bəsləyir. Tehran Ermənistan vasitəsi ilə İrana qarşı görülən işləri qulaqardına vurur". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Ermənistan mətbuatında İranla bağlı informativ tutumlu dərin təhlilli materiallar diqqətimizi çoxdan çəkib: ""Armeniya-Sputnik"in əməkdaşlarının İranla əlaqəli informasiya ilə zəngin dərin təhlili yazı yazması müəyyən qədər şübhəlidir. Çünki həmin jurnalistlər tamam ayrı sahələr üzrə ixtisaslaşıblar. Aydın görünür ki, kimlərsə onları informasiyalarla təmin edir və məqsəd Ermənistanda İranın tədqiqat işinin qurulğunu nümayiş etdirməkdir.
Əvvəl və sonradan baş verənləri də bura əlavə etsək Ermənistanın açıq-aşkar anti-İran mərkəzinə çevrildiyini iddia etməyə əsas var.
Bir az öncə bəlli oldu ki, Ermənistandan İranın elektrik stansiyalarına qarşı kiberhücumlar reallaşdırılıb. İranın elektrik stansiyalarının kibermüdafiəsi güclü olduğu üçün hücum əks-effekt verdi, Ermənistanın özündə elektrik stansiyalarında qəzalı vəziyyət yaratdı. Bu günədək həmin qəzanın səbəbləri açıqlanmayıb.
Bir neçə dəfə İran-Ermənistan sərhədində İrana casusluq etmək məqsədilə keçən Amerika vətəndaşı saxlanılıb. Maraqlıdır ki, onların sonrakı taleyi haqqında da heç bir məlumat yoxdur və bunların da bəzilərinin qadın olması diqqətdən kənarda qalası məsələ deyil.
ABŞ-ın Ermənistandakı səfirliyində 54 diplomatik immunitetli şəxs qeydiyyatdan keçib. Bunların demək olar ki, yarısı bu və ya digər formada İranla əlaqəli iş aparan adamlardır.
Onların fəaliyyət növünü qruplaşdırdıqda maraqlı mənzərə alınır. Bəziləri siyasi və ya yumşaq güc üzrə mütəxəssislərdir. Bir neçəsi İran əsilli şəxslərdir. İçərilərində hətta İrandan gələn cinsi azlıqlarla məşğul olan var. Bir qrupu casusluq üzrə texniki avadanlıqlara xidmətlə məşğuldurlar. Yada salaq ki, ABŞ-ın Vorotan Elektrik Su Stansiyasını almaqda məqsədi əsasən İrana qarşı texniki-kəşfiyyat qurğularının quraşdırılması və İran ərazisində belə qurğulara qulluq idi. Bakterioloji silahla məşğul olan da var. ABŞ-ın Ermənistan vasitəsilə İrana qarşı gördüyü iş kifayət qədər təkmil və inkişaf etmiş səviyyədədir.
İranın Ermənistan vasitəsilə görülən işlərə cavab verməməsi, belə fəaliyyət fonunda Ermənistanı mükafalandırması, əməkdaşlığı genişləndirməsi Amerikanı
İrana qarşı iş aparmaq metodologiyasının və ərazisinin seçilməsinin düzgün olduğuna bir daha inandırır.
Ermənistan İsrailə İranı özünü müdafiə immunitetindən məhrumetmə bacarığına inandırıb. Nəticədə İsrail rəsmi Yerevanın Ermənistana gəlmək yalvarışını qəbul etdi".