

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək
Qanunsuz qumar oyunlarının reklamına görə 5 fiziki şəxs barəsində protokol tərtib edilib
Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox
4 mindən çox şəxs bağça müəllimi üzrə işə qəbul olmaq üçün imtahan verib
Qüdrət Həsənquliyev: “Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə siyasi dələduzluqdur”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhəri İcra Hakimiyyətinin “Milli Şura”nın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.
BAXCP sədri deyib: “Çox yaxşı, bu onların konstitusion hüququdur. Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər insanları çağırır ki, gəlin piketi müşahidə edin. Qanuna görə 50 nəfərdən çox adam piketə qatılarsa bu artıq qanunun tələblərinin pozulmasıdır. Deməli, piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılır. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətini pozacağına görə polisin müdaxiləsinə səbəb olacaq. Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə siyasi dələduzluqdur. Sözsüz ki, baş verəcəklərə görə də məsuliyyəti bu cür çağırış edənlər daşımalıdır. Ona görə də Bakı Şəhəri İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməlidir. Mən də millət vəkili olaraq insanları qanunlara hörmət etməyə, təxribatlara uymamağa çağırıram.