29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
1 Noyabr 2019 21:08
4 529
Niyaməddin Orduxanlı: “Əgər bir daha Eynulla Fətullayev kimi xəyanətkarları FİTLƏ üzərimizə yönəltsələr, onların kimliyini də ictimaiyyətə açıqlayacağıq”
Bütün ölkədə ləyaqətsizliyin təkrarsız simvolu kimi tanınan Eynulla Fətullayev yenə təhqirlərə keçib.
Bu sözləri öz Facebook səhifəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı yazıb.
Niyaməddin Orduxanlının fikirlərini olduğu kimi oxucularımıza təqdim edirik: “Bir vaxtlar, Elmar Hüseynovun dəfn mərasimində Əli Kərimlinin əlindən tutub tribunaya dartan, işğal altındakı torpaqlarımızda erməni tankı qarşısında şəkil çəkdirdiyi üçün vətən xaini kimi həbsə atılmış, YAP-a “Yaparteid” dediyi üçün həbsxanada ləyaqətini itirmiş, "WikiLeaks” teleqramlarında Azərbaycanın ən yüksək rəsmiləri tərəfindən xarici diplomatlara qonşu ölkələrin agenti kimi təqdim olunan bir alkoqolik indi əxlaqdan, mənəviyyatdan, satqınçılıqdan danışır. Agenti olduğu ölkələr tərəfindən azadlığı qarşılığında iqtidardakı daha yüksək çinli agentlərin istifadəsinə verilmiş bu nadanı başa sala bilmədik ki, ağzına sahiblik et. Əli Kərimlinin zəifliyindən pərişan olmuş, Eynulla ilə eyni əxlaqın sahibi olan, dövlət aparatına soxulmuş bu mafioz satqınların əsas məqsədi Prezidenti və islahatları daha çox insanın dəstəyindən məhrum etməkdir. Çünki bilirlər ki, onlar kimi satqınları ən çox ifşa edən Qüdrət Həsənquliyevdir. İnşallah, çox keçməz hər şey bəlli olar, haqq, ədalət öz yerini tutar.
Mafioz satqınlara da xəbərdarlıq edirik ki, əgər bir daha Eynulla Fətullayev kimi xəyanətkarları FİTLƏ üzərimizə yönəltsələr, onların kimliyini də ictimaiyyətə açıqlayacağıq”.
29 Aprel 18:25
1 407
29 Aprel 18:24
1 190
29 Aprel 18:24
1 379