Paşinyana "mətbəx söhbətləri"ni kim çatdırır? Siyasət

Paşinyana "mətbəx söhbətləri"ni kim çatdırır?

Ermənistan Müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbətində deyib ki, bir sıra mətbəx söhbətləri toplanır və baş nazirə qədər gedib çatır. O, generalitetin narazılığı haqqında verilən suallara belə cavab verib.
Bu mövzuya yaxınlarda öz feysbuk söhbətində ordu və generalitetin “zəifləməsi” ittihamlarından danışan Baş nazir Nikol Paşinyan da toxunub. Nikol Paşinyan deyib ki, ilyarım ərzində heç bir hakimiyyət tərəfindən inqilabdan sonrakı dövrdə ordu və hərbçilər üçün edilən qədər edilməyib.
Müdafiə naziri isə təsdiq edib ki, ordunun cəbbəxanasının tamamlanmasından tutmuş hərbçilərin məişət vəziyyətinin yaxşılaşdırılması prosesinədək hər şey sürətlənib. Nazir qeyd edib ki, əlbəttə, ordu yerində saymır, hazırda qısa müddət ərzində yüksək inkişaf tempi əldə edilib.
Bu barədə erməni analitik Aram Amatuni yazlb. Analitikin qənaətinə görə, faktikiolaraq “mətbəxdə toplanmalar” da mövcuddur: “Burada nazir, guya, narazılığın olması haqqında məlumatların Baş nazir Paşinyana çatdırılmasına cəhd edən bir dairənin mövcud olduğunu nəzərdə tutur. Başqa sözlə, nazir Tonoyan işarət edir ki, guya, “Baş nazirin ordunu zəiflətməsi və bunun narazılıq yaratması” fikri yalnız keçmiş hakimiyyət sisteminin apardığı informasiya-təbliğat işinin mahiyyəti deyil, bundan əlavə, belə narazılığın olması haqqında təəssürat yaratmağa çalışan “mətbəx dairələri” də mövcuddur.
Müdafiə naziri Tonoyan, başqa sözlə, işarət edir ki, Baş nazirdə müdafiə nazirinin işindən narazılığın yetişməsi üçün hər şeyi etməyə cəhd edən dairələr mövcuddur. Çünki əgər orduda baş nazirin işindən narazılıq varsa, Baş nazirsə orduya diqqət planında nə qədər dəyişiklik edildiyindən danışırsa, yekunda belə alınır ki, bu səylər müdafiə naziri tərəfindən effektiv reallaşdırılmır.
Əgər söhbət “mətbəx səyləri”ndən gedirsə, aydındır ki, burada hakimiyyətin “mətbəxi” nəzərdə tutulur. Çünki keçmiş sistem mövcud hakimiyyətdən narazılıq məsələsində iqtidara qarşı kifayət qədər açıq, heç bir “mətbəx sirri” saxlamadan hərəkət edir.
Müdafiə nazirinə qarşı edilən “kulinariya” səylərinin nə ilə şərtləndiyini, əlbəttə, güman etmək mümkündür. Nəhayət, Müdafiə naziri Tonoyanın siyasi reytinqinin yüksək olmasının çoxlarını narahat etməsi nəzərə alınarsa, səbəb və ya motivlərin diapazonu hansısa bir şəxsi ambisiyadan tutmuş siyasi problemlərədək olan müxtəlif şərtləri əhatə edə bilər.
Bu şərait isə onunla maraq doğurur ki, hakimiyyət sistemində müdafiə nazirinin siyasi reytinqinin yüksək olması həmin sistemdə “siyasi parazitlik etmək”lə bağlı mümkün cəhdləri məhz Baş nazir Paşinyan üçün istisna edən şərait ola bilər.