Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür
Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
26 Noyabr 2019 15:04
2 926
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev azərbaycanlı jurnalistlərin İrəvana və işğal olunmuş Şuşa və Xankəndi şəhərlərinə səfərlərinin tarixi və həmin jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəblərini açıqlayıb.
İcma sədri bildirib ki, bu, müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə məhz əvvəlcədən açıqlanmayıb:
“Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Hər zaman bu kimi səfərlərə və dialoqlara hazır olmuşuq, dəstəkləmişik. Həmişə mesajlarımızı qarşı tərəfə göndərmişik. Mətbuatdan izlədiyimə görə, jurnalistlərimiz səfər zamanı hər hansı problemlə qarşılaşmayıblar. Çünki görüşlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhlükəsizlik zəmanəti çərçivəsində həyata keçirilib. Jurnalistlərimiz ATƏT-in müvafiq nəqliyyat vasitələri ilə hərəkət ediblər”.