“Əgər Rusiyanın hakim qüvvələri müttəfiqi olan Ermənistana ən sərt diplomatik yollarla təsir etməsə...” Siyasət

“Əgər Rusiyanın hakim qüvvələri müttəfiqi olan Ermənistana ən sərt diplomatik yollarla təsir etməsə...”

Rusiyalı tarixçi-qafqazşünas:”Onlar Azərbaycanın bunu güc yolu ilə etməsinə mane ola bilməyəcəklər”

“Azərbaycan şəkk-şübhəsiz Ermənistanın nasizmdən təmizlənməsi prosesində ən fəal şəkildə iştirak etmək hüququna malikdir. Axı erməni nasizminin nəzəriyyəsi erməni millətçilərinin Azərbaycan torpaqlarına qəsdi ilə birbaşa əlaqəlidir. Onlar bu arzuları naminə İkinci Dünya və Böyük Vətən müharibələri zamanı fəal şəkildə nasistlərlə əməkdaşlıq ediblər, XX əsrdə dörd dəfə - 1918, 1921, 1942 və 1990-cı illərdə Rusiyaya xəyanət ediblər”.
Bu sözləri nasistlərlə əlbir olan Qaregin Njdenin Armavirdəki xatirə lövhəsinin sökülməsindən sonra özünü daha açıq şəkildə büruzə verən Ermənistanda faşizmin qəhrəmanlaşdırılması problemini şərh edən tanınmış rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.
İrəvanda rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun heykəli üzərinə qırmızı boya tökülərək təhqir olunub. Bu vandalizm aktını erməni siyasətçi Şanta Arutyunyanın oğlu Şaqen edib. O, özü bu barədə sosial şəbəkədə məlumat verib.
“Prezident İlham Əliyev cari ilin oktyabrın 10-da Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasətinin mövcud olması barədə məsələ qaldırdı. O, bu məsələni müzakirə etmək üçün deyil, həll etmək üçün etdi. Və əgər Rusiyanın hakim qüvvələri müttəfiqi olan Ermənistana ən sərt diplomatik yollarla təsir etməsə, onlar Azərbaycanın bunu güc yolu ilə etməsinə mane ola bilməyəcəklər”, - deyə həmsöhbətimiz bildirib.
Qriboyedovun heykəlinin təhqir olunması hadisəsinə gəldikdə isə Kuznetsovun fikrincə, artıq əminliklə söyləmək olar ki, Ermənistanda 2000-ci ildən etibarən məqsədyönlü şəkildə hakim qüvvələrin apardığı nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasəti uğurla həyata keçirilir.
“Mən bu məsələ ilə bağlı emosiyalardan və “vandalizm” kimi hüquqi terminlərdən istifadə etməyəcəyəm. İstənilən sağlam düşüncəli şəxs üçün İrəvanda Qriboyedovun heykəlinin təhqir olunmasının səbəbi aydındır. Mən ermənilərin kütləvi şəkildə Cənubi Qafqazda müasir Azərbaycanın sərhədləri daxilində, əsasən də Dağlıq Qarabağda peyda olmasında məhz Qriboyedova borclu olmaları üzərində də dayanmayacam”, - deyə tarixçi vurğulayıb.
Kuznetsov əlavə edib ki, baş vermiş insident hazırki və gələcək rusiyalı məmurlara ermənilərlə yaxınlıq etməmələri barədə bir işarədir:
“Onlar fürsət yaranan anda Qriboyedovun heykəli ilə etdikləri kimi münasibətləri murdarlayacaq, xatirələrin üzərinə çirkab tökəcəklər. Bu sizə lazımdır?”
“Erməni millətçilərdən bu cür davranış gözləyirdim. Bir ildən artıq müddətdir ki, mən “Ermənistan - nasizmin qələbə çaldığı ölkə” adlı silsilə məqalələr nəşr etməyə başlamışam və üzərindən qısa müddət keçməsinə baxmayaraq, təcrübə mənim yanılmadığımı göstərdi. Ermənistanda nasist Njdeyə pərəstiş edən və bu yolda cinayət etməyə hazır olan böyük bir gənc nəsil formalaşıb. Faşist Almaniyasında “Hitlerügend” gənclər təşkilatı mövcud olduğu kimi, müasir Ermənistanda da bu “Njdeyugend”dir. Ancaq mən buna daha təəccüblənmirəm. Muasir Ermənistan nasizmdən təmizlənməlidir, bu Almaniyada 1945-1955-ci illərdə tətbiq edilən kimi güc yolu ilə edilməlidir. Ümid edirəm ki, artıq Moskvada bunu anlamağa başlayıblar”, - deyə mütəxəssis bildirib.
Daha sonra Kuznetsov Njdenin Armavirdəki xatirə lövhəsinin müdafiəsinə İrəvandakı Rusiya səfirliyini mühasirəyə alan yerli ultramillətçilərin deyil, həmçinin, Rusiya Ermənilər İttifaqının da qalxdığını xatırladıb. O, ittifaqın prezidenti Ara Abramyanın intellektual bacarıqlarının araşdırılmasının vacib olduğunu qeyd edib. Ən mühüm olan isə nasist Njdenin xatirə lövhəsinin müdafiəsinə şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyanın qalxması və onun Rusiya hakim qüvvələrinə Njdenin adının təmizə çıxarılması təklifidir:
“Məcmu şəkildə bütün bu faktlar erməni cəmiyyətinin xəstə olmasını, nasizmlə xəstələndiyini və bu xəstəliyin cərrahi vasitələrlə, qaynar şişlə yandırılaraq məhv edilməsinə ehtiyac duyulduğunu göstərir”, – deyə Kuznetsov fikrini yekunlaşdırıb.