 
                
                
                
             
                
                
                
            Ermənistan MTX Eçmiədzində hərbi hissədə əməliyyat keçirir, yüksək rütbəli zabitlər saxlanılıb
Elxan Cəfərov: Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb
Zahid Oruc: “Real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir”
Kino Agentliyi son üç ildə 22 filmin çəkilişinə dəstək göstərib
Rusiyanın Sumı şəhərinə zərbələri nəticəsində 15 nəfər xəsarət alıb
 12 Dekabr  2019 12:46
12 Dekabr  2019 12:46 1 456
1 456
Azərbaycan və Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, bu proses müəyyən səhvlərdən baş verir: "Bu cür hadisələr adətən sərhəd xidmətləri arasında görüşlər vasitəsilə həll olunur. Bu dövlətlərarası səviyyədə həll olunası məsələ deyil".
Xatırladaq ki, dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey¬rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid¬məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.
Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran¬ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya¬nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür¬cüs¬tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş¬dirilib.
Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril¬ib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    