İllər keçdikcə Heydər Əliyevin böyüklüyü, xalqımız və dövlətimiz üçün gördüyü işlər daha dərindən dərk olunur Siyasət

İllər keçdikcə Heydər Əliyevin böyüklüyü, xalqımız və dövlətimiz üçün gördüyü işlər daha dərindən dərk olunur

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycan xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanmadan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub.
Diqqətə çatdırılıb ki, daim tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirən ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı üçün yorulmadan fəaliyyət göstərib. İllər keçdikcə dahi rəhbər Heydər Əliyevin böyüklüyü, xalqımız və dövlətimiz üçün gördüyü mühüm işlər daha dərindən dərk olunur. Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində sürətlə inkişaf edir.