Zakir Həsənov  Gürcüstanda səfərdədir Siyasət

Zakir Həsənov  Gürcüstanda səfərdədir

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanda rəsmi səfərdə olub. Nazir səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili, parlamentin sədri Arçil Talakvadze ilə görüşüb.
Nazirlərin görüşündə Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.
Bəs Z.Həsənovun səfəri Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının gələcək inkişafında necə rol oynayacaq? Bakı və Tbilisinin hərbi əməkdaşlığı bölgəyə nə vəd edir?
Hərbi ekspert Azad İsazadə deyib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının tarixi böyükdür.
O bildirib ki, hər iki ölkə müstəqillik əldə edəndən bu günədək bir-biri ilə əməkdaşlıq edir: “Dağlıq Qarabağda müharibə gedən dövrdə də Gürcüstanla əməkdaşlıq edirdik. O zaman hərbi təyyarələrimizi Gürcüstanda təmir etdirirdik. Gürcüstanla bizim ölkə arasında əməkdaşlıq həmişə olub. İndi də hər bir əməkdaşlıq tələb edir ki, onu dərinləşdirək, genişləndirək və inkişaf etdirək. Biz bu prosesin növbəti mərhələsini görürük”.
A.İsazadənin sözlərinə görə, Azərbaycan-Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür: “Gürcüstan Azərbaycan üçün strateji bir yerdə yerləşir. Bizim ən yaxın müttəfiqimiz olan Türkiyə ilə ölkəmiz arasında Gürcüstan bir vasitədir. Bu baxımdan Gürcüstan Azərbaycan üçün mühüm bir rol oynayır. Bir də istər-istəməz hər bir əməkdaşlıqda boş yer olmur. Biz bu əməkdaşlığı eləməsək, mütləq Ermənistan tərəfi çalışar ki, həmin boş yeri tutsun. Bəzən də Ermənistan Gürcüstanla daha geniş əməkdaşlığa can atır. Ona görə də biz rəqibimizi neytrallaşdırmaq üçün bu əməkdaşlığı genişləndirməliyik.