Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
4 Mart 2020 14:10
2 114
İspaniyanın böyük oxucu kütləsinə malik olan "La Razon" qəzetində ölkəmizdə keçirilmiş növbədənkənar parlament seçkilərinə həsr olunmuş "Azərbaycanda keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəldi" sərlövhəli məqalə dərc olunub. məqalədə 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirimiş seçkilərin dövlətin Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutduğu qeyd olunur. Məqalədə bildirilir ki, 2020-ci il 9 fevral seçkilərində indiyədək parlament seçkilərində qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparmış, bu da öz növbəsində namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Seçkilər, habelə bundan əvvəlki seçkilərlə müqayisədə qeydə alınmış qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiya namizədinin təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olmuşdur. Xüsusi olaraq vurğulanır ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə ərazisində 523 seçki məntəqəsi yaradılıb. Seçki prosesinin Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənildiyi, həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit etdikləri diqqətə çatdırılır.
Məqalədə vurğulanır ki, fevralın 9-da keçirilən parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələnin təzahürüdür.
25 Sentyabr 20:55
532
25 Sentyabr 19:20
581
25 Sentyabr 16:47
602