Türkiyə ordusu Dəməşq rejiminin İdlibdəki 82 hədəfinə ağır zərbələr endirib Siyasət

Türkiyə ordusu Dəməşq rejiminin İdlibdəki 82 hədəfinə ağır zərbələr endirib

“Bahar qalxanı” hərbi əməliyyatı çərçivəsində Türkiyə ordusu Dəməşq rejiminin İdlibdəki 82 hədəfinə ağır zərbələr endirib. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə Suriya ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Müxtəlif mənbələrdən verilən xəbərlərə görə, zərbələr nəticəsində 9 tank, 2 haubitsa, 6 çoxlüləli raket qurğusu, 2 hərbi nəqliyyat vasitəsi və 299 hərbi qulluqçu sıradan çıxarılıb.
Xəbərlərdə həmçinin deyilir ki, düşmənin açdığı atəş nəticəsində 1 türk hərbi qulluqçusu şəhid olub, 9-u isə yaralanıb. Nazirlik şəhid olanların ailələrinə və Türkiyə xalqına baş sağlığı verib, yaralananların isə tez bir zamanda sağalmalarını diləyib.
“Hərbçilərimizin qanları yerdə qalmayacaq, qisasımızı alacağıq”, deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi məlumatında vurğulanır.
Türkiyə əslində prinsip etibarilə belə vahim ssenarilərin ona qarşı həyata keçiriləcəyinə hazır idi".