Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
12 Mart 2020 14:36
2 233
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verib.
Bu barədə Musavat.com-a açıqlamasında F. Yusifovun özü məlumat verib. O, istefa səbəbini aşağıdakı kimi açıqlayıb:
“Bir müddət öncə mən Ana Vətən partiyasına üzv olduğumu bəyan edəndə cəmiyyətdə ciddi qınaqlarla üzləşdim. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, həmişə səmimiyəm. Ona görə bu məsələdə də səmimi olaraq etiraf edirəm ki, partiyaya gələndən sonra burada praktik olaraq heç bir ciddi resursun olmadığını görüb, belə bir partiyanın sıralarını dərhal tərk etmək qərarı verdim. Ancaq bunu həmən etmədim - istəmədim ki, partiyanın gözlənilən seçki uğursuzluğunda mənim adım hər hansı bir formada hallansın”.
Fikrət Yusifov söyləyib ki, partiya tərəfindən deputatlığa namizədliyinin Sumqayıt 41 saylı seçki dairəsindən irəli sürülməsindən də imtina edib:
“Bir sözlə, namizədliyin qeydiyyata alınması üçün əsas olacaq imza vərəqələrini belə götürmədən geri çəkildim. Mən Xalq Cəbhəsi hakimiyyəti dövründə ölkənin Maliyyə nazirinə birinci müavin, Heydər Əliyev hakimiyyəti dövründə isə Maliyyə naziri vəzifəsində 6 ilə yaxın çalışsam da nə Xalq Cəbhəsinə nə də Yeni Azərbaycan Partiyasına üzv olmamışdım. Şəxsi münasibətlərdən istifadə edərək mənə Ana Vətən partiyasına üzv olmağı təklif edən partiya rəhbərliyi bunu etməzdən öncə öz siyasi məsuliyyətini dərk etsəydi bu daha düzgün olardı”.
23 Dekabr 20:51
2 513
23 Dekabr 19:46
1 274
23 Dekabr 18:48
1 190
- FOTO
- FOTO