"Nətavanın heykəlinə olan çirkin saldırını törədənlərin cəzalandırılmasını tələb edirik" Siyasət

"Nətavanın heykəlinə olan çirkin saldırını törədənlərin cəzalandırılmasını tələb edirik"

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri: “Cansız bir qadın heykəlinə olan bu vəhşi hücum bir daha sübut edir ki, onlar Xocalıda qadınlara və uşaqlara qarşı da eyni nifrət və qəddarlıqla hadisələr törədiblər”

Martın 10-da Belçikanın Vaterlo şəhərində Xan qızı Xurşudbanu Nətavanın xatirəsinə qoyulmulş abidəyə olan vandalizm hərəkətləri Azərbaycan və Türk diaspora təşkilatları tərəfindən kəskin etirazlara səbəb olub. Etiraz edən təşkilatların və ictimai fəalların əksəriyyəti bu hadisəni Azərbaycan xalqına, mədəniyyətinə qarşı ermənilər tərəfindən törədilməsi şübhə doğurmayan bu mənfur əməli qəsd və insanlığa sığmayan hərəkət adlandırmışlar. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ermənilər tərəfindən törədilmiş bu əməli qınayan bəyanat yayıb. Bəyanatda bildirilir: "Mədəniyyətlərin qardaşlıq və sülh içərisində yaşadığı Avropa məkanında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xan qızı Nətavanın xatirəsinə ucaldımış heykəlinə ermənilərin atdığı boyalı çirkin saldırıyı şiddətlə qınayır, bu çirkin hadisəni bütün insanlıq tarixinə, mədəniyyətinə atılmış bir qəbuledilməz saldırı hesab edirik. Belçika-Azərbaycan dostluğunun simvollarından biri olan bu qadın heykəlinin üstəlik 8 mart Dünya Qadınlar günündən dərhal sonra baş verməsi insanlıq adına utancverici bir hadisədir. Bu hadisə ilə ermənilər Azərbaycan xalqına, onun yazarına və tarixinə nə qədər nifrət bəslədiyini, kin güddüklərini bir daha sübut etdilər. Cansız bir qadın heykəlinə olan bu vəhşi hücum bir daha sübut edir ki, onlar Xocalıda qadınlara və uşaqlara qarşı da eyni nifrət və qəddarlıqla hadisələr törədiblər. Cəmiyyətin demokratik prinsiplərinə hörmətlə yanaşan bir təşkilat olaraq, Belçikanın müvafiq dövlət qurumlardan bu vəhşi hadisəni törədənlərin tapılıb cəzalandırılmasını istəyirik". Ayhan Dəmirçi onu da bildirib ki, Belçikada 300 mindən çox türk yaşamasına baxmayaraq, Belçikada olan sözdə "erməni soyqırımı" abidəsinə Belçika cəmiyyətində sülhü pozmamaq üçün heç vaxt bir mənfi hadisə törətməmişlər."Ona görə də biz Belçikalı yetkililərdən bu məsələni ciddi araşdırmalarını tələb etməklə, heykələ olan çirkin saldırını törədənlərin cəzalandırılmasını tələb edirik".