Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
31 Mart 2020 11:24
1 498
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib.
Bu barədə Türk Şurasının saytında məlumat verilib.
"Azərbaycanlılara qarşı bütün qırğınların simvolizə edilməsi, beynəlxalq ictimaiyyətin diqqətini bu hadisələrə cəlb etmək və soyqırımı qurbanlarının xatirəsini Azərbaycan xalqının yaddaşında əbədi olaraq qorumaq məqsədi ilə 1998-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən sərəncam imzalanıb.
Bu gün, xüsusən 1918-ci ilin mart-aprel aylarında, erməni dəstələri tərəfindən qorxunc şəkildə qətlə yetirilən 50 mindən çox azərbaycanlının əziz xatirələrinin yad edildiyi bir matəm günüdür.
Türk Şurası olaraq bu hadisələrdə həyatını itirən şəhidlərin xatirəsini yad etmək üçün qardaş Azərbaycan xalqına qoşulur və dünyada sülhün və əmin-amanlığın hökm sürdüyü günlərin gəlməsini arzulayırıq", - bəyanatda deyilir.
25 Sentyabr 20:55
560
25 Sentyabr 19:20
602
25 Sentyabr 16:47
623