17 Noyabr 11:44
17 Noyabr 10:22
23 Aprel 2020 11:26
2 002
Gürcüstanın Azərbaycandakı Səfirliyi Gürcüstan vətəndaşlarının ölkəyə qayıtması üçün qeydiyyata başlayıb.
Bu barədə Gürcüstanın Azərbaycandakı Səfirliyinin müraciətində bildirilib. Qeyd olunub ki, Gürcüstana qayıtmaq istəyən vətəndaşlar pasportlarının şəklini səfirliyin +994 50 250 07 10 “WhatsApp” nömrəsinə göndərərək qeydiyyata düşə bilərlər.
Məlumata görə, yaxın günlərdə həmin vətəndaşların xüsusi avtobuslarla Gürcüstana qayıtması təşkil ediləcək. Qeydiyyata düşən şəxslərə iki saat öncədən avtobusun yola düşəcəyi ünvan barədə məlumat veriləcək.
Qeyd olunub ki, nəqliyyat xərci 20 AZN təşkil edir. Ölkəsinə qayıdan Gürcüstan vətəndaşları “COVID-19” pandemiyası səbəbi ilə 2 həftə müddətinə karantində saxlanılacaqlar.
17 Noyabr 19:04
973
17 Noyabr 17:54
1 505
17 Noyabr 17:53
1 064