Məsuliyyətli olmağımız lazımdır Siyasət

Məsuliyyətli olmağımız lazımdır

“Koronavirus vətəndaşlara və ümumillikdə dövlətimizə, iqtisadiyyatımıza ziyan vursa da hökumət bu sınaqdan üzüağ çıxıb".

Bunu “Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib. Onun sözlərinə görə, karantin rejiminə görə on minlərlə sahibkar öz fəaliyyətlərini dayandırıb: “Buna baxmayaraq, hökumət sahibkarlara dövlət hesabından müəyyən qədər dəstək edib".

Fuad Əliyevin sözlərinə görə, virusa yoluxanların sayının azalması, karantin rejiminin yumuşalması vətəndaşlarda arxayınlıq yaratmamalıdır ki, artıq xəstəliyin pik həddini keçmişik. “Ancaq mütəxəssislər hesab edirlər ki, məhdudiyyətlərin aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım yarana və prosesin ikinci dalğası başlaya bilər. Çünki koronavirus xəstəliyi uzunmüddətli prosesdir.

Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tdbirlərin davam etdirilməsi vacibdir. Həmçinin hər kəs sosial məsuliyyətdən irəli gələn tədbirlərə, sanitar-epidimioloji qaydalara riayət etməlidir.” ALDP sədri Azərbaycanda koronavirus xəstələrin az olmasının səbəbini dövlət tərəfindən vaxtında verilən qabağlayıcı qərarların nəticəsi kimi vurğuladı. “Mən həkim ailəsində böyümüşəm və xəstəliklərin hansı fəsadlar verməsini də çox yaxşı bilirəm. Pandemiya zamanında Dövlət başçısının tapşırığı ilə həyata keçirilən tədbirlər, sərhədlərin bağlanması, karantin rejimin tətbiq olunması nəticəsində digər ölkələrə baxanda Azərbaycanda virusa yoluxanların sayı çox azdır.

Bu, Türk dövlətləri başçılarının on-line görüşündə də geyd edilib. ÜST də Azərbaycanda virusla mübarizəni yüksək dəyərləndirib. Bu günlərdə Qoşulmama Hərəkatının sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videkonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr edilmiş "COVİD-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi. Bu görüşün iştrakçıları koronavirusun Azərbaycanda az yayılmasının qeyd edərək bu təcrübəsini öz ölkələrdə tətbiq olunmasını qeyd ediblər”.