İri şirkətlərin Azərbaycanla əməkdaşlığı onların beynəlxaq iqtisadi nüfuzlarını artırır Siyasət

İri şirkətlərin Azərbaycanla əməkdaşlığı onların beynəlxaq iqtisadi nüfuzlarını artırır

"Signify" şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfransın keçirilməsi ölkəmizə olan böyük diqqətdən irəli gəlib.

Bunu "Xalq Cəhəsi" qəzetinə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

Qeyd edək ki, 1981-ci ildə yaranan “Signify” şirkəti dünyanın aparıcı və böyük şirkətlərindən biridir. Dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.

“Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda invrstorlara yaradılan maneəsiz şərait bir sıra beynəlxalq şirkətlərin marağına səbəb olduğundan ölkəmizlə əməkdaşlığa can atırlar: "Ölkəmizin nüfuzu, əlverişli biznes və sərmayə mühiti, eyni zamanda aparılan islahatların nəticəsi bunu deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan işğalçı Ermənistanla müharibə şəraitindədir, amma iqtisadiyyatını qoruyub saxlayıb, ildən-ilə inkişaf etdirir, gücləndirir. Ölkəmizin iqtisadi inkişafı nüfuzlu şirkətlərin gözündən qaçmır, onlar iqtisadi sahədəki uğur və göstəriciləri təhlil edirlər. Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişaf göstəricilərinə görə liderdir, beynəlxalq iqtisadi təhlil mərkəzlərinin hesabatlarında da Azərbaycanda iqtisadi artım yüksək dəyərləndirilib".

F.Kətimov onu da qeyd edib ki, Azərbaycan istənilən xarici investora qapılarını aşıb, onun burada iqtisadi təhlükəsizliyini təmin edib: "Azərbaycana investisiya yatıran və yatırmaq istəyən şirkət rəhbərləri ölkəmizin başçısının həyata keçirdiyi siyasətə yüksək qiymət veriblər. Ölkəmizdə minlərlə xarici şirkət fəaliyyətdədir. Azərbaycanın Avropanın enerji təminatçısına çevrilməsi xarici şirkətlərin ölkəmizə axınını gücləndirib. Bu axın həm onlara, həm də bizim iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərir. Azərbaycanla əməkdaşlıq onların beynəlxaq iqtisadi nüfuzlarını möhkəmləndirir".

Cavid