12 Noyabr 16:44
12 Noyabr 16:37
24 İyun 2020 16:23
1 743
Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən Covid-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Tərəflər, yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.
Nazir Elmar Məmmədyarov BƏƏ-nin Covid-19 ilə mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.
Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.
12 Noyabr 22:32
693
12 Noyabr 22:32
707
12 Noyabr 21:09
854