Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
Yaponiya müxtəlif tipli dəniz dronlarının istehsalı və bazası üçün mərkəz yaradacaq
Əmtəə bazarlarında qızılın qiyməti yenidən 4 400 dollardan aşağı enib
Azərbaycan Dövlət Rəqs Ansamblı İsveçrədə festivalda çıxış edib
Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
30 İyun 2020 12:04
2 002
“Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin virtual sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aydın şəkildə qeyd etdilər ki, tərəfdaşlıq hər iki tərəf üçün prioritetdir”.
APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfransda çıxışı zamanı deyib.
“Tərəflər razılaşdılar ki, Aİ və Azərbaycan arasında yeni razılaşmanın imzalanması üçün səyləri gücləndirəcəklər. Bildiyiniz kimi, razılaşma son mərhələdədir. Lakin müəyyən məsələlər qalır ki, hələ müzakirə olunur. Bu da ticarət sahəsi ilə bağlıdır. İnanıram ki, bu yeni razılaşma bizim ümumi iqtisadiyyatımız və ticarət münasibətlərimiz üçün vasitə olacaq. Düşünürəm ki, tez bir zamanda danışıqları davam etdirəcəyik. Aviasiya sahəsində danışıqlar demək olar bitib. COVID-19 pandemiyası ilə əlaqədar uçuşlar dayandırılıb. Düşünürəm ki, hazırkı şəraitdə bu razılaşmanın nə qədər vacib olduğunu anlamağın tam zamanıdır. Bu, turizmi gücləndirəcək, xalqlar arasında əlaqələrə, daha çox mübadiləyə imkan verəcək, regional biznesə və regional inkişafa dəstək verəcək. Bu, bir imkandır və hər kəsi bu imkanı düzgün qiymətləndirməyə çağırıram. Aİ bütün üzvləri ilə birlikdə mümkün imkan və təcrübələrindən istifadə edərək tərəfdaşlarla əməkdaşlığa hazırdır. İmkanlar çox böyükdür və onları ağıllı şəkildə istifadə etmək lazımdır”, - deyə K. Yankauskas qeyd edib.
09:40
371
13 Sentyabr 14:54
1 092
12 Sentyabr 10:20
1 302