SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
15 İyul 2020 13:12
2 975
Verilən açıqlamalardan belə çıxır ki, sanki hansı silahlarla döyüşməklə bağlı qarşılıqlı razılaşma var. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev Tovuzda erməni təxribatının qarşısının alınması və düşmənə qarşı cəza əməliyyata barədə danışarkən deyib. O bildirib ki, buna baxmayaraq, Azərbaycan Ordusu düşmənə zərbə vurmaqdadır: "Yüksək çinli zabit və əsgərlərimizin ölümü bizi çox kədərləndirir. Biz ermənilərin atəşkəsi pozmasından istifadə edib döyüşü yalnız onların istədiyi yerdə - sərhəddə yox, həm də ikinci cəbhə açmaqla işğal altındakı torpaqlarımızda aparıb, Qarabağı azad etməliyik. Düşmənə daha ağır zərbələr endirməliyik. Müharibə böyük psixoloji və döyüş hazırlığı tələb edir. Biz itkilərdən və beynəlxalq təzyiqdən çəkinməməliyik. Risk etməyəcəyimiz halda heç vaxt torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik. Əgər bizim bilmədiyimiz səbəblərdən döyüşü dayandırmağa məcbur olacağıqsa, o zaman Ordu da daxil, təcili islahatlara start verilməli, xarici siyasət kursuna yenidən baxılmalı, bitərəflilik platformasından imtina olunmalıdır. Hazırda isə xalqımız yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməli və ona güvənməlidir".
1 Yanvar 18:24
1 239
1 Yanvar 00:00
721
30 Dekabr 2025 16:21
2 324