Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
17 İyul 2020 11:52
1 890
Ukrayna Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə əməl olunması əsasında münaqişənin siyasi yolla həllinə tərəfdardır.
Bu sözləri Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ictimai təşkilatının sədri, hüquq elmləri doktoru Hikmət Cavadov rəsmi Kiyevin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini bir daha dəstəkləməsindən sonra ermənilərin Ukraynaya qarşı kampaniya başlatmasını şərh edərkən deyib.
O bildirib, İrəvanın bu cəhdləri Azərbaycan-Ukrayna münasibətlərinə heç bir təsir etməyəcək:
“Rəsmi İrəvan Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb edilməsinə nail olmağa çalışır. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın dedikləri bunu təsdiqləyir. Lakin İrəvanın bu istəyi baş tutmayıb. Məhz buna görə də Ermənistan ordusu dinc Azərbaycan əhalisi ilə müharibəyə başlayıb. Onlar Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini atəşə tutur, Naxçıvan istiqamətində atəş açırlar. 76 yaşlı Əziz İzzət oğlu Əzizovu qətlə yetirdilər. Buna görə də Ukrayna XİN Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməli olduğunu xatırladıb. Lakin Ermənistan artıq 27 ildir ki, qətnamələri yerinə yetirməkdən imtina edir”.
Hikmət Cavadov qeyd edib ki, Ermənistan BMT-yə, MDB-yə, Gömrük İttifaqına və Aİİ-yə öz sərhədləri daxilində qəbul olunub:
“Bundan başqa, Ermənistan özü indiyədək “dqr”nin müstəqilliyini tanımayıb. Dünyanın heç bir dövləti bu terrorçu qurumu tanımır. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən Ukrayna XİN beynəlxalq hüquqa əsaslanır. Belə sadə və aydın həqiqət, təəssüf ki, Ukrayna səfirini dəvət edən Ermənistan XİN-ə heç cür çatmayacaq. Xatırlayırsınızsa, Ermənistan Rusiyanın ilhaq etdiyi Krımla bağlı “referendum”u dəstəkləmişdi. Yəni Ermənistan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi. Bu da Ukrayna-Ermənistan münasibətlərində soyuqluğa gətirib çıxardı. Bu baxımdan erməni tərəfinin rəsmi Kiyevə reaksiyası çox absurddur”.
25 Sentyabr 20:55
707
25 Sentyabr 19:20
735
25 Sentyabr 16:47
784