Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
18 İyul 2020 11:59
2 065
Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilir.
Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycan öz dəstəklərini ifadə edirlər.
Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayrağı tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildirirlər.
Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyini qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.
16 May 14:33
1 421
16 May 10:37
1 281
16 May 10:33
1 323
