22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
25 İyul 2020 16:09
3 976.jpg)
Kanadanın paytaxtı Ottava şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın hərbi təxribatlar törətməsinə etiraz və Azərbaycan ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ottavada fəaliyyət göstərən azərbaycanlı icmasının təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz yürüşünün məqsədi Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verənləri yerli ictimaiyyətin nəzərinə çatdırmaq olub. Azərbaycanın üçrəngli bayraqlarının və müxtəlif şüarların yazıldığı posterlərin bərkidildiyi avtomobillər Ottavanın küçələri və prospektləri ilə hərəkət edərək, Kanadanın parlament, senat, Xarici İşlər Nazirliyi, xarici ölkələrin səfirliklərinin, o cümlədən Ermənistan səfirliyinin binalarının, ölkənin Baş nazirinin iqamətgahının önündən keçib.
Aksiyanın sonunda soydaşlarımız əllərində Azərbaycanın və Kanadanın dövlət bayraqlarını tutaraq "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzkar siyasətinə son!", "Kanada indi hərəkətə keçməlidir!" və sair şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Kanada hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyi, Ermənistanın işğalçı siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə qətiyyətli addımların atılmasını tələb ediblər.
22 Dekabr 21:39
1 015
22 Dekabr 20:49
1 071
22 Dekabr 19:01
1 141