27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
28 İyul 2020 19:16
2 520
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının dövlət sərhədindəki vəziyyətlə bağlı görüşü payızın əvvəlində keçirilə bilər.
Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, iki dövlət arasındakı münasibətlər və koronavirus pandemiyasının dinamikası imkan verəcəyi təqdirdə həmsədrlərlə XİN başçılarının görüşü payızın əvvəlində baş tuta bilər.
“Hazırda əsas məsələ Ermənistan-Azərbaycan sərhədində qalmaqda olan gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll yollarını aktivləşdirməkdir”, - deyə mənbə vurğulayıb.
O, görüş yerinin hələ müəyyən edilmədiyini qeyd edib.
27 Dekabr 13:18
2 387
26 Dekabr 22:15
1 708
26 Dekabr 19:14
1 736