“Beşinci Kolon Azərbaycanda dövlət çevriliş etmək istəyirdi” Siyasət

“Beşinci Kolon Azərbaycanda dövlət çevriliş etmək istəyirdi”

CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyevun müsahibəsi

Əvvəli: http://www.xalqcebhesi.az/news/politics/54075.html

–Bədrəddin bəy, Vudri Vilson tərəfindən 1890-cı illərin sonunda hazırlanmış ilk BOP-Böyük Orta Doğu proyektininə daxil olan Şərqi Anadolu və Naxçıvan daxil olmaqla qondarma “Böyük Ermənistan” dövləti qurmaq istənilirdi.

–Elədir. Ancaq, Anadoluda başlanılan Milli İstiqlal savaşının öndəri, “Kuvayi Milli”nin lideri Mustafa Kamal Atatürkün ən yaxın silah arxadaşı, görkəmli hərbçi və strateq Kazım Qarabəkir Paşanın komandanlığı altında antitürk planlar baş tutmadı. Həmin ərəfədə Naxçıvan, Qars, İqdır, Ərzurum, Ağrı, Muş, Ərdəhan, Amasiya və Axısqa vilayətlərini birləşdirən “Araz Türk Respublikası”nın elan edilməsi bölgəni kürd, erməni və aysorlardan ibarət separatçılardan təmizlədi. 1920-ci ildə “rus-bolşevik” istilasından sonra, Moskvanın dəstəyi ilə qondarma Ermənistan ərazisini böyütmək, Azərbaycanla Türkiyə arasında sərhədlərin aradan qaldırılması üçün ermənilər fitnələr ortaya atdılar. Mustafa Kamal Atatürk çox böyük qızıl pulla Naxçıvanın Türkiyə ilə sərhədlərinin qorunub saxlanılması üçün 11.5 km-lik ərazinin statusunu qoruya bildi. Bu tarixi “Qars müqaviləsi”nin qorunmasının və ayrılmaz bir parçası idi.
–İndi tarixin təkəri öz axarını dəyişməkdədir. Azərbaycanın Qərblə münasibətləri ötən illərdən fərqli daha geniş şəkildə inkişaf etməyə başlayıb.
–Rusiya özü üçün çoxlu problemlər yaradır. XVIII-XX əsrlərdə olduğu kimi işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil. “Putinizm” siyasəti bu ölkənin fəlakətinə səbəb olub. Uzaq Şərqin Xabarovsk vilayətindən Moskvaya qədər ölkənin hər yerində ifrat avtoritatizmrejimi altında inləyən Rusiya iqtisadi və sosial cəhətdən böhran içindədir. Çarlıq və Sovet Rusiyasının ənənələrini yaşadaraq problemlərini çözmək əvəzinə, yaxın qonşularının ərazilərini işğal siyasəti yürütməklə problemlərdən yayınmaq siyasətini yürüdür. Bu Rusiyada müsəlman və türk xalqlarının mərkəzdənqaçma siyasətinə üz tutması və ikinci MDB-nin çökməsinə gətirib çıxaracaq.
–Cənubi Qafqazda və xüsusilə Azərbaycanda deyəsən müəyyən addımlar atmaqla digər postsovet ölkələrinə göz dağı vurmaq istənilir.
–12 iyul Tovuz hadisələri bu planın bir parçası idi. Əgər Tovuzərazisində ermənilərin gündəmə gətirmək istədikləri provakasiyalar baş tutsaydı, fürsət gözləyən “Beşinci Kolon” ölkəmizdə hərəkətə keçəcəkdi. Bu, dövlət çevrilişi planının tərkib hissəsi idi. Axı onlar mövqelərini itirmək aqibətini yaşayırlar. Neoimperiya siyasətinin tərəfdarları olan korrupsionerlərin nepotizm qanunları ilə qurduqları piramidahədəfləri bundan ibarət idi.“Beşinci Kolon”u təmsil edən qüvvələrin ən böyük maraqlarından biri də idarəolunmaz rejim qurmaqla Qarabağın və digər işğal altındakı ərazilərimizin azad adilməsi prosesini uzatmaqdır. Tovuz ərazisindən keçən enerji dəhlizi, dəmiryolu və digər infrastrukturların qorunması, xalqımızın və xüsusilə gəncliyin Ermənistanın hərbi təcavüzkarlığına qarşı mübarizə əzminin yüksək səviyyədə olması, Türkiyənin belə bir məqamda 11 minlik qoşunla hərbi təlimlərə başlaması dövlətçiliyimizə qarşı olanların hədəflərinə sarsıdıcı zərbələr vurdu.

–Sizin fikrinizcə bu prosesin davamı gələcəkmi?

–Mən buna qətiyyətlə inanıram. Yaxın Şərqdə son bir ildə yaşanılan proseslər bunu təsdiq edir. Suriya, Liviya, İraq və digər ölkələrdə uzun illərdir yaşanılan böhranlar artıq aradan qaldırılır. Rusiyanın idarə etdiyi Yaxın Şərq siyasəti demək olar ki, iflasa uğrayıb. Bəzi xarici dövlətlər tərəfindən idarə olunan və Yaxın Şərqi daim təhdid edən terrorçu birləşmələr Türkiyə Ordusunun sayəsində tamamilə sıradan çıxarılıb. 12 iyul Tovuz hadisələri əslində Türkiyə və Azərbaycana göz dağı vermək üçün atılan cəhdlərdən biri idi.
–Bayaq qeyd etdiniz ki, Qərbyönümlü siyasət artıq Cənubi Qafqazda danılmazdır.
–Bu proses artıq qaçılmaz adddımdır. Avropa Birliyi çərçivəsində Şərq Əməkdaşlıq Proqramında Belorus, Ukrayna, Moldova, Azərbaycan və Gürcüstan bu prosesdə yaxından iştirak edirlər. Rusiya separatizm siyasəti ilə bu prosesin baş tutmamasına çalışır. Moldovanın Dnestryanı, Ukraynanın Luqansk, Krım, Donetsk və Donetsk vilayətləri, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Azərbaycanın Qarabağ və ətraf bölgələrin separatizmə söykənən işğalçılıq siyasəti məhz bu hədəflərə görədir.

–Belə bir dönəmdə Azərbaycanın qarşısında hansı vəzifələr durur?

–Azərbaycan sanki süni şəkildə hər dövrdə müəyyən problemləri yaşamaq zorunda qalır. Ona görə də, bütün bunları aradan qaldırmaq üçün böyük iradə ilə islahatlar aparılmalıdır. Siyasi, sosial və iqtisadi sahələrdə aparılan islahatlar həm kadr, həm də struktur dəyişiklikləri ilə tamamlanmalıdır. Keçmiş imperiyanın qalıqları olan və bu təfəkkürlə idarəetmə siyasəti yürüdənlərin gözü hər zaman Kremldə olub. Ona görə də bu zümrə heç zaman Azərbaycanda köklü islahatlara tərəfdar olmayıblar. Onlar xüsusi agentura şəbəkəsi yaradaraq ölkəmizin gəlirmənbələrinə nəzarət etməklə Kremlin əmrlərini həyata keçirən siyasət yürüdüdülər. Hüquqi dövlətquruculuğuna qarşı çıxmaqla korrupsiya və rüşvətxorluğun tüğyan etməsi onların başlıca məramı idi. Siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmalıdır ki, bizi daim təhdid içində saxlayan neqativ hallar aradan qaldırıla bilsin.
–Sizin fikrinizcə, islahatlar yolu ilə buna nail ola biləcəyikmi?
–Mən bir mütəxəssis kimi, hələ 2010-cu ildə partiyamızın adından elan etmişdim ki, bütün dövlət qurumlarına və dövlət büdcəsindən ayrılan maliyyə mənbələrinə Milli Məclis səviyyəsində nəzarət edilməlidir. Dövlət büdcəsi sayəsində milyardlarla vəsait əldə edənlər həmin sahələri özlərinin şəxsi gəlir mənbəyinə çevirmişdilər. Oliqarxa çevrilənlər dövlət büdcəsinə gəlir ödəmək əvəzinə, bütün gəlirəri gizlədib, dövlətdən əlavə yardım alıb həmin vəsaiti də öz şəxsi mənafeləri üçün xərcləyirdilər. Beləliklə də dövlətdən alınan kreditlər və yeni layihələrə ayrılan vəsaitlər yoxa çıxırdı. Onlar utanmazcasına yaranmış problemləri dövlətin üzərinə yıxmaqdan belə çəkinmirdilər.
Guya əsas suçlu dövlətin özüdür.

–Bildiyimizə görə, onlar beynəlxalq kreditləri belə, mənimsəməkdən çəkinmirdilər. Bəs bunun üçün xüsusi nəzarət mexanizmi yodurmu?
–Çox maraqlı bir problemə toxundunuz. Azərbaycanda iki mindən çox müəssisəni, fabrik və zavodları korrupsioner çetelər tamamilə dayandırıb, sonucda onları məhv etdilər. Hətta onları təynatı üzrə özəlləşdirmədilər. Bütün bunlar azmış kimi, yalandan yeni layihələr, şişirdilmiş büdcələrlə tenderlər ortaya qoyaraq büdcəni dağıdırdılar. Dəhşət doğuran problem xaricdən alınan kreditlərin təminatını Azərbaycan dövlətinin üzərinə yüklədilər. Bu oliqaxrlar xüsusi şəbəkəyə malik olmaqla yanaşı, “Beşinci Kolon”u təmsil edirdilər. Belə şəraitdə hamının əli asanlıqla çirkaba batırdı. Bütün bunlar “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə həyata keçirilirdi. Dövlətimizin real gəlirləri və ya kreditlər sayəsində görüləcək işlərin mənbəyi də müəməalı idi. Törəmə şirkətlər vasitəsilə ofşor hesablara köçürülən milyardlar beləcə yoxa çıxırdı. O da bəllidir ki, bütün bu əməliyyatlar Rusiya kəşfiyyatının xüsusi nəzarətində həyata keçirilirdi. Həmin gəlirlərin bir qismi dotasiya ilə yaşayan Ermənistanın büdcəsinin formalaşması və qondarma “DQR” rejiminin saxlanılması üçün xərclənirdi. Ona görə də Azərbaycanda maddi mənbələr ölkədaxili maliyyə kimi dövriyyədə qalmırdı. Belə bir korrupsiya sistemiölkəmizin daxili bazarını tənzimləməli olan maliyyə resursları həm də başqa ölkələrin iqtisadi rifahına yönəldirilirdi. Korrupsiyanın başında olan oliqarxlar özlərininmüvəqqəti olduqlarını hiss ediblər. Rusiyanın kəşfiyyat orqanları isə, yaranmış belə bir durumdan çox məhraətlə istifadə ediblər.

–İndiki məqamda dediyiniz problemlərin qarşısını almaq mümkündürmü?

–Əlbəttə. Son həftədə ölkə prezidentinin apardığı müşavirələrin özü birbaşa bunu təsdiq edir. ARDNŞ, Azəriqaz, Azərenerji, Azərsu, AZAL və digər dövlət şirkətləri gəlir ödəmək əvəzinə, neçə illərdir kredit və ya subsidiya götürməklə büdcəyə zərər vurublar. Bunlar milyardlarla dövlət büdcəsinin talan edilməsi deməkdir. Bunun üçün siyasi və iqtisadi azadlıqlar istiqamətində paralel islahtalar aparılmalıdır ki, bunların qarşısını ala bilərik. Təsəvvür edirsinizmi, Xarici İşlər nazirliyinin keçmiş komandası Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrinin daxilində 50 km-lik dərinlikdə özbaşına xüsusi qurğuların yaradılmasına razılıq verərək və sonra yaxasını kənara çəkməklə neçə illər işğal olunmuş ərazilərimizin azad edilməsi məsələsində ölkəmizə zərər veriblər. Xüsusilə Qazax-Tovuz bölgəsində sərhəd qoşunlaının geri çəkilməsiAzərbaycanın dünyaya çıxan bütün nəqliyyat dəhlizlərinin müntəzəm təhdid altında qalması demək idi. Ona görə də biz CXP olaraq bildiririk ki, Azərbaycanın yeni hərbi doktrinası olmalıdır. Məhz bu addımları atmaqla ölkədaxili “Beşinci Kolon”u iflasa uğrada bilərik. Bu, həm də bütün dövlət çevrilişləri cəhdlərinin ümummili konsepsiya sayəsində alınması deməkdir. Necə ki, 12 iyul hadisələri bu həqiqəti sübut edə bildi. Azərbaycan bir dövlət olaraq qardaş Türkiyə ilə hərbi ittifaq müqaviləsi bağlamalıdır ki, sadaladığımız problemlər asanlıqla öz həlli yolunu tapa bilsin.
Söhbətləşdi: Ənvər Yusifoğlu