Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
12 Avqust 2020 19:13
5 110
“Prezident İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial və iqtisadı inkişafı özündə ehtiva edən islahatlardır”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında deputat Anar Məmmədov deyib. O, bildirib ki, son 17 ildə ölkə başçısının rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır: “Ötən ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirildi. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir.
Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir.Fərmanda vurğulandığı kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı üçün möhkəm zəmin yaradılıb. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilik kimi dəyərləndirilə bilər. Belə bir qurumun formalaşması nəticəsində dövlət müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək, qabaqcıl korporativ idarəetmə prinsipləri tətbiq olunacaq, idarəetmə strukturları və konsepsiyaları modernləşdiriləcək. Səmərəliliyin artırılması dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycanın dövlət müəssisələri xarici bazarlara çıxdıqca və xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər bu müəssisələrin ixrac potensiallarının artmasında vacib rol oynacaq”.
25 Sentyabr 20:55
700
25 Sentyabr 19:20
728
25 Sentyabr 16:47
777