Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb Siyasət

Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

Bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.

Xarici KİV-lər diqqəti, ilk növbədə, dövlətimizin başçısının Ermənistan rəhbərliyinin mənfur siyasəti, törətdiyi təxribatlara dair bəyanatlarına cəlb edib.

Türkiyənin Anadolu Agentliyi, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər populyar qəzetləri, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, Rusiyanın TASS, İnterfaks və “RİA Novosti” federal informasiya agentlikləri, “Lenta.ru” “News.ru”, “Vesti Kavkaza”, “Pravda.ru” saytları, “Moskovski komsomolets” və “Kommersant” qəzetləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları, Avropa İttifaqının “EU Politics” informasiya-analitik nəşri, Misirin “Asyaelyoum” agentliyi və “Aldiplomasy” nəşri, Rumıniyanın “News24hours”, Ukraynanın “РБК-Украiна”, Qırğızıstanın “Goldenbridgenews” portalları, Gürcüstanın “Interpressnews”, “Dalgatv”, “24news”, “News” saytları Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı materiallar yayıb, sitatlar gətirib.

Yayılan materiallarda Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirməsi, cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə fikirləri yer alıb.

Türkiyə KİV-ləri, həmçinin dövlətimizin başçısının müsahibəsində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini də diqqətə çatdırıb.