“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
6 Oktyabr 2020 10:42
1 736
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aljazeera”, “Əl-Ərəbiyə” televiziya kanallarına müsahibələri, həmçinin dövlətimizin başçısının xalqa müraciəti Misir KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları AZƏRTAC-a istinadla “Prezident İlham Əliyev: Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik” və “Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü bərpa edəcəyik!” sərlövhəli xəbərlər yayıblar.
“Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əl- Məcd isə “Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq” sərlövhəli məqalə yazıb.
Misirin “Rayetmısr” informasiya portalı da Azərbaycan Prezidentinin müsahibələri və xalqa müraciətindən sitatları yayıb.
Bundan başqa, “Almasryalyoum” portalı Misirdəki Azərbaycan diasporunun sədri Seymur Nəsirovun Ermənistanın hərbi təxribatları haqqında bəyanatını yerləşdirib.
20 Sentyabr 19:24
1 988
20 Sentyabr 12:05
959
20 Sentyabr 12:05
910