Kriptobirjada son durum- "Bitcoin" 90 min dollara kimi ucuzlaşıb
Azərbaycan idmanının 2025-ci ildəki uğurları vəqarşısında duran yeni hədəflər
Bakıda bütün avtobus marşrutlarında NFC ödənişləri aktivləşdirilib
Çin Tayvan yaxınlığındakı beş dəniz zonasında təlimlər planlaşdırıb
Tramp, amerikalı muzdluların Ukraynada həlak olmasından təəssüflənib
7 Oktyabr 2020 18:40
1 512
Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik.
Bunu Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk".
27 Dekabr 13:18
3 878
26 Dekabr 22:15
2 352
26 Dekabr 19:14
2 394