ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
15 Oktyabr 2020 11:38
1 638
Rusiyadakı erməni diasporunun bütün ictimai strukturları hüquq-mühafizə və xüsusi xidmət orqanlarının müşahidəsi altındadır.
Bunu Trend-ə rusiyalı analitik Oleq Kuznetsov, erməni diasporunun Dağlıq Qarabağa yollamaq üçün döyüşcü cəlb etməsi barədə məlumatı şərh edərkən deyib.
O bildirib ki, bu cür müşahidə Rusiya ermənilərinin kütləvi şəkildə döyüşlərə yollanması ehtimalını aradan qaldırır:
“Əlbəttə, bu cür tədbirlər fərdi şəkildə, ya da kiçik qruplarla döyüşə yollanmaq istəyənlərin qarşısını almaq üçün kifayət deyil. Amma lazımi orqanlar kütləvi şəkildə döyüşə getmək istəyənlərin qarşısını almağa qadirdir. Əvvəlki fəaliyyət təcrübəmdən bu cür hallarda təhlükəsizlik orqanlarının addımları mənə yaxşı məlumdur və mən Qarabağda Rusiya ermənilərindən ibarət minlərlə könüllünün peyda olacağını ehtimal etmirəm”.
Ekspert əlavə edib ki, Rusiyanın Cinayət Məcəlləsində hərbi əməliyyatlarda iştirak etmək məqsədilə muzdluların cəlb olunması, maliyyələşdirilməsinə görə 8 ilədək həbs cəzası nəzərdə tutulub.
13 Mart 23:03
1 575
13 Mart 20:26
1 981
13 Mart 20:16
1 799