BAXCP 20-yə yaxın beynəlxalq təşkilata müraciət ünvanlayıb Siyasət

BAXCP 20-yə yaxın beynəlxalq təşkilata müraciət ünvanlayıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev işğalçı Ermənistan Respublikasının hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisini, yaşayış evlərini, strateji əhəmiyyət daşıyan obyektlərini davamlı taktiki raket və ağır artilleriya atəşinə məruz qoyması, mülki vətəndaşlarımızın qətlə yetirilməsi və yaralanması ilə bağlı 20-yə yaxın beynəlxalq təşkilata müraciət ünvanlayıb.

Müraciətdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, işğalçı ölkənin davamlı hərbi təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazilərində əks-hücum əməliyyatlarına başlaması ilə bağlı məlumatlar da yer alılb.

Qeyd edək ki, bundan öncə eyni məzmunlu müraciətlər BAXCP-nin üzv olduğu Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasında təmsil olunan bütün siyasi təşkilatlara, ATƏT, ATƏT Parlament Assambleyası, Avropa Şuraşı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təsisatlara göndərilib.