Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
19 Oktyabr 2020 16:19
1 638
Ermənsitan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib.
Trend xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib: “Lakin əfsuslar olsun ki, Ermənistan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də, Ermənistan təxribatlara əl atdı.
Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan da öz sələflərindən heç nə ilə fərqlənməyib və xalqmıza qarşı müharibə cinayətlərinin törədilməsinə davam edib. Ermənistanın bütün bu əməllərinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhasilini, Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır”.
20:55
532
19:20
581
16:47
595