Zərdabda maşın kanala aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-I
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
İran XİN: Ali Rəhbər Müctəba Xamenei özünü yaxşı hiss edir, dövlət sistemi effektiv işləyir
Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək
26 Oktyabr 2020 09:18
1 638
İsveç Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi “T-Central”dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, azərbaycanlı icmanın iştirakı ilə baş tutan yürüş zamanı aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “Erməni təcavüzünə son”, “Biz ədalət istəyirik!” kimi şüarlar diqqətə çatdırılıb.
Yürüş aksiyasından sonra Qarabağ məktəbində anım mərasimi təşkil edilib. Tədbirdə iştirak edənlər Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini ehtiramla yad edib, erməni terrorunu lənətləyiblər.
13:33
350
24 Mart 14:47
1 540
23 Mart 14:07
1 946


.jpg)