Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
26 Oktyabr 2020 11:50
2 576
Ermənistan yenə də öz mənfur ənənəsinə sadiq qalaraq ABŞ-da əldə olunmuş növbəti atəşkəs rejimini kobudcasına pozur.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 26 oktyabr saat 08:00-dan humanitar atəşkəs elan olunsa da cəmi bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa başladı:
“Ermənistandan bu cür riyakarlıqdan başqa bir şey gözləmək də doğru olmazdı. Bundan əvvəlki humanitar atəşkə rejimi də məhz Ermənistan tərəfindən pozulmuşdu. 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərində gecə yarısı mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi cəmi bir neçə dəqiqədən sonra kobud şəkildə pozmuşdur.
Bu dəfəki humanitar atəşkəsdən sonra ermənilər daha da azğınlaşıblar, təkcə cəbhə boyu deyil, Azərbaycan və Ermənistan dövlət sərhədində də təxribatlara əl atırlar, səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulur.
Bu bir daha göstərir ki, əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır. Çünki Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini cəmləmək və yeni mövqelər əldə etmək üçün istifadə edir.
Məlumdur ki, ordumuz qısa müddət ərzində Ermənistanı böyük məğlubiyyətə uğradıb və bu məğlubiyyətdən ağır sarsıntı keçirən Ermənistanın cinayətkar rejimi atəşkəsi pozmaqla nəyəsə nail olmağa çalışır. Ancaq onların bu çirkin əməlləri heç bir nəticə verməyəcək. Bu atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan qətiyyətli cavab verəcək”.
25 Sentyabr 20:55
560
25 Sentyabr 19:20
602
25 Sentyabr 16:47
623